Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS

Ən çox oxunan kitablar
Anar Seçilmiş əsərləri.
17 Aprel , 2015

84 5(Aze)
A-61
Anar Seçilmiş əsərləri.
Xalq yazıçısı Anarın bu kitabına “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və “Ağ qoç, qara qoç” əsərləri daxildir. Oxuculara yaxşı tanış olan “Ağ” liman povestində əxlaqi problemlər qaldırılır, İnsanın həyatda öz yerini tapa bilməsi, məzmunlu və dolğun ömür sürməsindən bəhs olunur. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı bir növ “Ağ liman” ın davamı kimi düşünülsə də əslində müstəqil əsərdir. Bu romanın mərkəzində “Ağ liman”dan tanıdılmış Zaur və Təhminə dayanırlar. Əsərdə onların məhəbbətindən, həqiqi hissin qorunub saxlanmasının vacibliyindən söz açılır. Son illərdə qələmə aldığı “Ağ qoç, qara qoç” əsərində isə müəllif xəyallarında kerçəkləşdirdiyi Azərbaycanın kələcək taleyini iki fərqli yöndə, bir-birindən əks qütblərdə dayanan qatlarda təsvir etmişdir.