Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS

Yeni kitablar
Filip Le Roy “Məsihin qapısı”
8 Sentyabr , 2022

84 (4AZE)

R 69

Beyrutda avtomobil qəzasında həlak olmuş valideynlərinin dəfninə gələn Simon ağlına da gətirməzdi ki, onun taleyi uşaqlıqdan İslam dininin müqəddəs kitabı olan Quranla, daha doğrusu, Quranın yaranması ilə bağlı olub. İndiyədək nə İslam dini, nə də Quran haqda heç bir təsəvvürü olmayan 32 yaşlı bu gənc çox keçmir ki, özünün də xəbəri olmadan qorxunc bir dini intriqanın mərkəzinə düşür. Həyatını xilas etmək üçün məcbur qalıb “təsadüfən” tanış olduğu gənc bir qadınla Quranın indiyədək nədənsə hamıdan gizlədilmiş əlyazmalarının axtarışına çıxan Simon tezliklə radikal islamçıların, eləcə də radikal xristian sektasının hədəfinə çevrilir. Hadisələri Beyrutda, Parisdə,Londonda, Yerusəlimdə, Berlində, Məkkədə, Mədinədə, Dəməşqdə, habelə Suriyanın, Fransanın və Almaniyanın bir çox şəhərlərində cərəyan edən bu triller oxucuya nəfəs dərməyə belə imkan vermir. Roman Quranın yaranmasına dair tarixi faktlara əsaslansa da,hər şeydən əvvəl bədii əsərdir.Realizmlə sürrealizm, tarixi sənədlərlə fantaziya, fanatizmlə tolerantlıq, möhvumatla elm burada bir-birinə qarışıb.