Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS

Yeni kitablar
Ramiz Qusarçaylı “Vətən”
8 Sentyabr , 2022

84 (5AZE)

Q 90

Azərbaycan xalqının erməni işğalçılara qarşı 44 günlük müqəddəs müharibəsinin yekununda əldə etdiyi Böyük Zəfərə həsr olunmuş əsərlər içərisində dəyərli şairimiz Ramiz Qusarçaylının "Vətən" poeması xüsusi yer tutur. Geniş ədəbi-ictimai rezonans doğuran bu poema böyük rəğbətlə qarşılanıb, AMEA-nın institutlarında, Azərbaycan Yazıçılar Birliyində təqdimatları keçirilib, R.Qusarçaylı AYB-nin təsis etdiyi Əhməd Cavad Mükafatına layiq görülüb.