Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
1 Fevral , 2021

Bəşir Bəylər oğlu Kərimov 1976-cı il fevral ayının 2-də Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. 1991-ci ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirərək Füzuli şəhərindəki texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Erməni qəsbkarları bu illərdə Azərbaycan torpaqlarına - Qarabağa geniş planlı hücumlar edirdilər. 1993-cü ildə ermənilər Qacar kəndinə hücum etdikləri vaxt Bəşir erməni yaraqlılarına qarşı igidliklə vuruşmuşdur. Qacar kəndi işğal olunduqdan sonra ailəsi ilə birlikdə Dilağarda kəndində məskunlaşmışdır. 1994-cü ildə Bəşir Beyləqan Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Gəncə şəhərində “N” saylı hərbi hissədə qulluq etmişdir. 1995-ci il 13-17 mart hadisələri zamanı, dövlətçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etmiş və bu qarşıdurma zamanı həlak olmuşdur. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı Fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir