Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
4 Fevral , 2021

Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci il fevral ayının 4-də Ba- kıda anadan olmuşdur. Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlamış, lakin 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçmüşdür. Təhsilini amerikalıların Albors missio- ner məktəbində davam etdirmişdir. 1948-ci ildə Massaçusets Texno- logiya İnstitutunda (ABŞ) elektron mühəndisliyi üzrə magistr dərəcəsini almışdır. 1959-cu ildən Berkli Univer sitetində professor kimi çalışmış, 1963- cü ildən isə Elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik etmişdir. Lütfi Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərmişdir. L.Zadəyə dünya şöhrəti qazandıran, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi riyaziy- yatın əsası olan ikili çoxluq anlayışına “qeyri-səlis çoxluq” kimi yeni ifadə vermişdir. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan ya- radır. 1989-cu ildə qeyri-səlis məntiq nəzə-riyyəsinin sənayedəki uğurları- na görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunmuşdur. Bu gün bu nəzəriyyə Amerikanın “General Motors”, “General Electric”, “Moto- rola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linq- vistikada, siyasətdə, fəlsəfədə, sosio- logiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur. Bundan əlavə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: “təəssüratlar nəzəriyyəsi”, “sistemlər”, “sözlə işləyən kompyuter”, “optimal süzgəclər” və “soft kompyutinq” nəzəriyyəsi. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri mü- asir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. Çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görül- müş, medallarla təltif edilmişdir. Onlar- la xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olmuşdur. 54 beynəlxalq jurnalın elmi redaktoru və ya redaksiya heyətinin üzvü olmuş Lütfi Zadə dün- yada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Kaliforniyanın Berk- li şəhərində “İnformasiya Texnologiya- ları üzrə Zadə İnstitutu” yaradılmışdır. Lütfi Zadə AMEA-nın fəxri üzvü seçil- mişdir. Prezident İlham Əliyevin 7 fevral 2011-ci il tarixli Sərəncamı ilə elm və texnologiyaların inkişafinda, mədə­ niyyətlərarası dialoqun qurulmasında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunmuşdur. Alim haqqında “Müasir elmin korifeyi” (F.Tağıyev, Ş.Məmmədov), “Dünya dahilərsiz ya- şaya bilmir” (M.Səməd) adlı kitablar yazılmış, “Uzaq və yaxın Lütfi Zadə” (quruluşçu rej. O.Babazadə, ssenari müəl. M.Səməd) sənədli film çəkilmiş, Lütfi Zadə irsi və Süni İntellekt Asso- siasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir EA-sı yaradılmışdır. Lütfi Zadə 2017-ci il sentyabr ayının 6-da ABŞ-ın Kaliforniya ştatında vəfat etmiş, vəsiyyətinə əsasən Bakıda I Fəxri Xiyabanda dəfn edilmişdir.