Nizaməddin
Mir Əlişir oğlu Nəvai (Əlişir Nəvai) 1441-ci il fevral ayının 9-da Heratda
anadan olmuşdur. Təhsilini Herat, Məşhəd və Səmərqənd şəhərlərində almış, şəxsi
mütaliəsi nəticəsində dövrünün ən görkəmli alim lərindən biri kimi
tanınmışdır. Kiçik yaş- larından özbək və fars dillərində şeirlər yazmış, 15
yaşında şair kimi şöhrət qa- zanmışdır. 1468-ci ildə məktəb yoldaşı Hüseyn Baykara
hakimiyyət başına gəldikdən sonra Nəvai möhürdar təyin olunmuş, 1472-ci ildə
vəzir rütbəsinə yüksəlib əmir titulu almışdır. Dövrünün alim, şair, musiqiçi,
rəssam və xəttatlarını himayə etmiş, öz hesabına mədrəsə və xəstəxanalar açmış,
yollar çəkdirib körpülər saldırmış, kanallar qazdırmış, karvansaralar
tikdirmiş, sarayda əməkçi xalqın müdafiəçisi kimi tanınmışdır. Lakin Nəvainin
bu nəcib işləri irticaçı dairələrdə narazılıq doğurmuş, şairə böhtan və
iftiralar atılmışdır. 1476-cı ildə Nəvai vəzirlikdən imtina etməyə məcbur
olmuşdur. Bir müddət Astrabad vilayətinin hakimliyinə göndərilmiş (1487),
1488-ci ildə Herata qayıdaraq, ömrünün axırınadək yaradıcılıqla məşğul
olmuşdur. Əlişir Nəvai 16-sı mənzum, 16-sı mənsur olmaqla bir-birindən dəyərli
32 əsər yazmışdır. “Mühakəmət-ül Lüğəteyn”, “Məca lisün-Nəfais”, beş
məsnəvidən ibarət “Xəmsə” və şeirlərinin topladığı “Di van” onun ən məşhur
əsərləridir. “Mü hakəmət-ül Lüğəteyn” əsərində türk və fars dilləri müqayisəli
şəkildə qar şılaşdırmış, türk dilinin hansı baxım dan üstün olduğunu
açıqlamışdır. “Məcalisün-Nəfais” şairlər və ədiblər təzkirəsidir. Bu əsərdə XV
əsrdə Türküstan və İranda yetişən şairlərin həyat və yaradıcılıqlarına dair
dəyərli məlu matlar verilmişdir. “Xəmsə”sində “Fərhad və Şirin”, “Leyli və
Məcnun” kimi mənzum romanları, Makedoniyalı İskəndərin həyatından bəhs edən
“Səd di-İskəndəri”, Sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən
“SəbəySəyyarə” adlı tarixi əsərləri, əxlaq və təsəvvüfə dair fikirlərini əks
etdirir. Qəzəllər, müxəmməslər, rübailər, müs təzadlar, müfrədlərdən ibarət
divanla- rı isə Orta Asiya türk dilinin ən gözəl nümunələridir. Ə.Nəvai 6 divan
yarat- mış, ilk şeirlərini “Bədaye ülbidayə” (1470-ci ilin əvvələri) adlı
divanında toplamış, 2-ci divanını “Nəvadir ülnəhayə” (1476-1483)
adlandırmışdır. 1498-1499-cu illərdə özbək dilində yaz- dığı lirik şeirləri
“Çahar divan” adlanan 4 cilddə toplanmışdır.