Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
11 Fevral , 2021
11.02 2021-ci il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının uşaq şöbəsinin əməkdaşları Quba rayonundan olan torpaqlarımızın azadlığı uğrunda mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalan, 2-ci Qarabağ Müharibəsi şəhidi Babayev Taleh Xanmurad oğlunun ailəsini ziyarət etmişlər. Görüşdə uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova şəhidimizə Allahdan rəhmət, yaxınlarına isə səbr diləmiş və  qeyd etmişdir ki,  44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi. 3 minə yaxın qəhrəmanımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı. Görüşdə şəhidin anası Bənövşə Mustafayeva, yaxın qohumları Cəlil və Adil Əliyevlər iştirak edirdi. Onlar Taleh haqqında xatirələrini danışdılar. Şəhidin anası Bənövşə xanım bildirdi ki, Taleh cəbhəyə könüllü olaraq getmişdir. Ağcabədi, Ağdam, Füzuli rayonlarının alınmasında iştirak etmişdir. Noyabr ayının birində Şuşa şəhərində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. "Vətən uğrunda"  və  "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif olunmuşdur. 3 övlad atası idi. Şəhid olduqdan sonra özünün ad günündə bir oğul övladı da dünyaya gəlir. Körpəyə Talehin adı verilib. Daha sonra şəhidin anası Bənövşə xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirdi və dedi:  "Vətən sağ olsun".
Foto Qalereya