Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
12 Fevral , 2021

12.02.2021-ci il tarixində Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova,oxu zal müdiri Faziyyət Malıyeva və multi-media mütəxəssisi Talehə Dəmirova Vətən Müharibəsinin könüllü iştirakçısı, Quba şəhər sakini,qazi Rəhimov Rəşad Surxay oğlunu ziyarət etdilər.Görüş zamanı döyüşçü qələbə münasibətilə təbrik olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin daim yaddaşlarda qalacağı bildirilib.2020-ci ilin  27 sentyabrında könüllü olaraq cəbhəyə yollanan Rəşad  keçdiyi döyüş yolundan söhbət açaraq  Azərbaycan oğullarının qəhrəmanlıqla döyüşdüyünü, vətən yolunda canlarından keçməyə hər an hazır olduqlarını bildirdi. Azərbaycan tarixində  44 günlük Vətən Müharibəsi, ,, Dəmir Yumruq" əməliyyatı nəticəsində 30 il həsrətlə gözlədiyimiz rayonlarımızın işğaldan azad olunmasında Rəşad könüllü olaraq iştirak edib, oktyabrın 29-da Xocavənd uğrunda gedən döyüşlərdə qolundan yaralanaraq ordudan təxris olunub. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri  ölkəmizin hər yerində olduğu kimi Quba rayonunda da diqqət mərkəzində saxlanılır. Qarabağ savaşının qazisi Rəhimov Rəşad və ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçı Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığlarını bildirdilər. Qəhrəmanlarımızın döyüş meydanlarında göstərdiyi Vətən torpağlarının hər qarışının işğaldan azad olunmasına görə biz Rəşad kimi qəhrəman oğullara borcluyuq.

Foto Qalereya