Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
14 Fevral , 2021

14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü (International Book Giving Day) – təqvimdə ən gənc bayramlardandır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildə meydana gələn bu bayram ABŞ-da məşhur Delightful Children’s Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu vermişdir. O, anasından soruşmuşdur ki, niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün yoxdur. 2011-ci ildə Amerikanın Minessota əyalətində yaşayan 6 yaşındakı Jack Broadmoore adlı kiçik qız “Kitab Vermə Günü” adlı bir bayram uydurmuşdur. Bütün dostlarını və ailə üzvlərini də bu bayramda bir-birləri ilə kitab dəyişdirməyə məcbur etmişdir. Tam bir il sonra 2012-ci ildə Jackin anası Amy Broadmoore, uşaq kitabları bloqunda bütün kitabsevərləri, uşaqlara kitab hədiyyə edərək “Kitab Vermə Günü”nü qeyd etməyə dəvət etmişdir. 2013-cü ildə də Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər çox fərqli ölkədən bloqqerlər birlikdə hərəkət edərək insanları o günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırmışlar. Deməli o gündən bəri dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası Kitab Vermə Günü” olaraq qeyd olunmağa başlanmışdır. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynamışdır. Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır. Evdə artıq oxuduğumuz və bir daha oxumayacağımızı düşündüyümüz kitablarımızı ayırıb, ətrafımızdakı kitablarla maraqlanan insanlara verək. Bir uşağa kitab alaq. Dostlarımızla kitablarımızı dəyişək. Kitablarımızı kitabxanaya, uşaq evlərinə, xəstəxanalara və ya kitab kampaniyalarına bağışlayaq. Uzun səyahətlər zamanı oxuyub bitirdiyimiz kitabları avtovağzallara, hava limanlarına və ya başqa yerlərə qoya