Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
15 Fevral , 2021

Musa Mustafa oğlu Cəlilov (Musa Cəlil) 1906-cı ilfevralayının 15-də Orenburqvilayətinin Şarlıkrayonunda- kı Mostafakəndində anadanolmuşdur. İlk təhsilini mollaxanada alan Musa 1914-1917-ci illərdə Orenburqdakı Hüseyniyyə mədrəsəsində oxumuşdur. 9 yaşında şeir yazmağa başlayan şai- rin ilk şeiri 1919-cu ildə “Qızıl yıldız” qəzetində çap olunmuşdur. 1919-cu ildə komsomola daxil olmuş və bolşeviklərlə ağqvardiyaçılar arasında gedən savaşda bolşeviklərin sıralarında döyüşmüşdür. 1922-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərinə gəlmiş və qəzetdə işləməyə başlamışdır. 1925-ci ildə onun şeirlər toplu- su “Biz gedirik” adı altında çap edil- miş, elə həmin il Orenburq komsomol komitəsinə işə göndərilmişdir. 1927-1931-ci illərdə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil almışdır. Moskvada oxuduğu illərdə komsomolun mərkəzi komitəsinin orqanı olan “Kiçik qardaşlar”, “Oktyabr balaları” jurnallarına redaktorluq etmişdir. 1929-cu ildə şairin “İptaşka” şeir kitabı çap olunmuşdur. 1933-1934-cü illərdə Moskvadakı “Kommunist” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinə rəbərlik edən Musa Cəlilin “Ordenli milyonlar” şeir kitabı çap edilmişdir. 1935-ci ildə o, Moskva Dövlət Universitetində açılan Tatar Ope- ra Studiyasına işə dəvət edilmiş, studiya 1938-ci ildə Tatarıstana köçürüləndə Musa Cəlil də Kazana gəlmiş və ədəbi hissə müdiri vəzifəsində işləmişdir. 1935-1941-ci illərdə yazdığı “Altun- saç”, 1940-cı ildə tamamladığı “İldar” librettolarını Tatarıstan Dövlət Opera Balet Teatrına səhnələşdirmək üçün təhvil vermişdir. Musa Cəlilin şairliyi ilə yanaşı, rəs­ samlıq qabiliyyəti də olmuş, musiqi istedadı libretto yazmasında ona çox kömək etmişdir. O, bəzi şeirlərinə xalq mahnılarının üslubunda mahnılar da yazmışdır. Musa Cəlil 1939-cu ilin iyu- lunda Sovetlәr Birliyi Yazıçılar İttifaqı- nın Tatarıstan şöbəsinin katibi seçilmiş- dir. 1941-ci ilin yayından Musa Cəlil “Otvaqa” (İgidlik) cəbhə qəzetində hərbi müxbir kimi fəaliyyətə başlamış- dır. Onun tərənnüm etdiyi Sovet Ordusu 1942-ci ildə Voloxov cəbhəsində ağır itki verərək şairi yaralı və hərbi müxbi- ri də səngərdə qoyub geri çəkilmişdir. Beləcə, Musa Cəlilin əsirlik, ailəsinin və qohumlarının isə işgəncəli həyatı başlamışdır. 1944-cü ildə Moabit düşərgəsindəki antifaşist gizli təşkilatın üzvləri Almaniyanın xüsusi xidmət orqanları tərəfindən yaxalanmış, uzun və ağır işgəncəli dindirmələrdən sonra gizli təşkilatın ideoloqu Musa Cəlilin günahkar olduğu sübut edilmiş, 1944-cü il avqust ayının 25-də Berlin yaxınlığındakı Plyotsenze hərbi həbsxanasında öldürülmüşdür. 1956-cı ildə Musa Cəlilə bəraət verildiyi üçün vətən xaini damğası üzərindən götürülmüş, əsərlərinin çapına, bədii irsinin tədqiqinə qoyulan qadağalar ləğv edilmiş, şeirləri dünya dillərinə tərcümə edilərək yayılmışdır. Musa Cəlilin əsir­ likdə bir yerdə olduğu həmyerlisi Qim- ran Təlqətov 1956-cı ildə onun şeirlər kitabını çap etdirmişdir. Musa Cəlil 1956-cı ildə “Sovet İttifa- qı Qəhrəmanı” adına, Moabit zindanxa- nasında yazdığı şeirlər əsasında 1957-ci ildə çap olunmuş kitabına görə isə “Lenin” mükafatına layiq görülmüşdür.