Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
16 Fevral , 2021
Şamil Əbdürrəhim oğlu Əzizbəyov 1906-cı il fevral ayının 16-da Şamaxıda anadan olmuşdur. 1925-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Politexnik İnstitutuna (hazırda ATU) daxil olmuş, 1930-cu ildə ali təhsilini mühəndis-geoloq ixtisası üzrə tamamlamışdır. 1934-1943-cü illərdə Azərbaycan Sənaye İnstitutu Petroqrafiya kafedrasında çalışmış, 1934-cü ildə “Gəncəçay və Qoşqarçayın orta və aşağı axım hövzələrinin dağ süxurları və faydalı qazıntıları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1938-1941-ci illərdə Geologiya İnstitutunda direktor müavini vəzifəsində çalışmışdır. 1943-cü ildə “Kiçik Qafqazın şimal -şərq hissəsinin filiz zonasının petrologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1944-cü ildə professor elmi rütbəsini almışdır. 1945-ci ildə Azərbaycan SSR EAnın həqiqi üzvü seçilmişdir. 1945-1959-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Kristalloqrafiya, mineralogiya və petroqrafiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1945-1947-ci illərdə Azərb.SSR EA vitse-prezidenti və Azərbaycan SSR EA Geologiya-kimya elmləri və neft bölməsinin sədri, 1959-1976-cı illərdə Azərbaycan SSR EA Rəyasət Heyətinin üzvü və Yer elmləri bölməsinin akademik katibi, 1947-1976-cı illərdə eyni zamanda Geologiya İnstitutunda Petrologiya laboratoriyasının rəhbəri olmuşdur. Petrologiya və metallogeniya sahəsində böyük alim Ş.Əzizbəyov respublikada petroqrafiya məktəbinin əsasını qoyanlardan biri olmuşdur. Elmi əsərləri əsasən Kiçik Qafqazın geologiya və petroqrafiyasına həsr olunmuş, “Naxçıvan Muxtar Respublikasının geologiyası” adlı sanballı əsəri xüsusi əhəmiyyətə malikdir. Naxçıvanda və ölkənin cənub bölgəsində apardığı geoloji tədqiqatların nəticəsində bu regionların geoloji, tektonik, struktur-formasion xəritələrini tərtib etmişdir. Onun elmi-tədqiqat işləri müxtəlif faydalı qazıntı yataqlarının axtarışı və kəşfi üçün elmi əsas olmuşdur. Çoxcildli “Azərbaycanın geologiyası” monoqrafiyasının müəlliflərindən biridir. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə dövlət tərəfindən yüksək qiymətləndirilmiş, “Qırmızı Ulduz” ordeni (1944), “1941-1945-ci illərdə Vətən müharibəsində şücaətli əməyə görə”, və “Qırmızı Əmək Bayrağı” (1953) medalları ilə təltif olunmuş, 1960-cı ildə Azərbaycan SSR-nin “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Şamil Əzizbəyov 1976-cı il may ayının 14-də Bakıda vəfat etmiş