Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
18 Fevral , 2021
18.02.2021-ci il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına şəhid olmuş kəşfiyyat bölük komandiri Hacıyev İsmət Şölət oğlunun ailəsinə baş çəkdilər. Kitabxana əməkdaşları Ali Baş Komandan Cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və milli birlik siyasətinin cəbhə uğurlarımızın ən başlıca səbəbi olduğunu qeyd etdilər. Şəhidin atası Şölət Hacıyev şəhid İsmətin keçdiyi şərəfli döyüş yolundan söz açaraq, şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının qazandığı tarixi qələbənin xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığını, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlığnı bildirdi. Şəhid İsmət Hacıyev ölümündən sonra “Vətən Uğrunda”, “İgidliyə görə”, ”Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş, Quba Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət etsin.
Foto Qalereya