Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
19 Fevral , 2021
19.02.2021-ci il tarixində Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Xalq şairi, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadənin anadan olmasının 90 illiyi ilə əlaqədar “Nəriman Həsənzadə yaradıcılığında tarixlik və müasirlik” adlı  videokonfrans keçirildi. Tədbirdə Tələt Mikayılov adına şəhər 5 saylı tam orta məktəbin müəllimi Pərvanə Məcidova, mərkəzi kitabxananın əməkdaşları və fəal oxucuları iştirak edirdilər. MKS-nin direktor müavini Hüriyyə Sultanova onlayn keçirilən tədbirdə çıxış edərək bildirdi ki, bu il Xalq şairi, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Heydər Əliyev Mükafatı laureatı, “Şöhrət “ və “Şərəf” ordenli Nəriman Həsənzadənin 90 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairini 90 illik yubileyi münasibəti ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edib və ona təbrik ünvanlayıb. Bizdə  şairimizi 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq. Tələt Mikayılov adına şəhər 5 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Pərvanə Məcidova tədbirdə çıxış edərək bildirdi ki, Nəriman Həsənzadə, böyük Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir. Bir-birindən gözəl şeirlər, epik-dramatik poemalar, publisistik yazılar müəllifi kimi tanınan sevimli şairimiz Azərbaycan xalqının dəyərli bir xəzinəsidir. Nəriman Həsənzadə ruh, sevgi, eşq şairidir. Sonra mərkəzi kitabxananın əməkdaşı Validə Əmiraslanova “Nəriman Həsənzadə yaradıcılığında tarixlik və müasirlik” adlı məruzə ilə çıxış edərək bildirdi ki,  Nəriman Həsənzadə poeziyasi həmişə müasir və aktualdır.  Nəriman Həsənzadə mənsub olduğu xalqın dünənki tarixini qələmə alaraq bu günki nəsilə çatdırmaqla xalqın ictimai şüuruna təsir etməyi bacarır. Tədbirdə Nəriman Həsənzadənin öz ifasında “Bu dünya nərdivandır”  adlı şeiri dinlənildi. Mərkəzi kitabxananın fəal oxucuları Rəxşəndə Rzayeva və Aylin Əliməmmədova şairin məşhur şeirlərindən parçalar söylədilər.
Foto Qalereya