Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
19 Mart , 2021
19.03.2021-ci il tarixində Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Mehrab Niftəliyevə həsr olunmuş ,, Qələbəni bizə yaşadanları yaşadaq" adlı  onlayn tədbir keçirildi.Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları, şəhidin ailə üzvləri, fəal oxucular və başqaları iştirak edirdi.Əvvəlcə Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən dərin hörmət və ehtiramla yad edildi.MKS-nin direktoru Saməddin Nəsirov onlayn keçirilən tədbirdə çıxış edərək bildirdi ki,30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarının azadlığa qovuşması üçün bir çox oğullarımız fədakarlıq göstərərək adını müasir tariximizə qızıl hərflərlə yazdırdı.Belə oğullardan biri də Qubanın Qam-qam kəndində ziyalı ailəsində doğulub boya-başa çatmış qəhrəmanımız Mehrab Niftəliyevdir. 17 il Xüsusi Təyinatlı Qüvvələrdə qüsursuz xidmət edən Mehrab Niftəliyev ,,Aprel döyüşləri"ndə göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən şəxsən mükafatlandırılıb.Sonra şəhidin atası Söhrab müəllim, anası Xalidə müəllimə,  qardaşı Mərahim  çıxış edərək  Mehrabın vətənpərvərliyi haqqında söhbət açdılar.Ailə üzvülərinin sözlərinə görə hələ uşaqlıqdan hərbiyə böyük marağı olan Mehrab torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayıb.Daha sonra Mərkəzi kitabxananın əməkdaşları Faiq Əliyev və Zəmirə İskəndərova çıxış edərək bildirdilər ki, 27 sentyabr Vətən müharibəsinin başlandığı andan Mehrab Niftəliyev daim ön cəbhədə vuruşaraq Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarını düşməndən azad edərək üç rəngli bayrağımızı Şuşada dalğalandırıb.Mehrab Şuşa döyüşlərində ağır yaralanaraq şəhidlik zirvəsinə ucaldı.Tədbirin sonunda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevə həsr olunmuş ,,Şəhidimizi qürurla anırıq" adlı videoçarx izlənildi.
Foto Qalereya