Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
31 Mart , 2021
31.03.2021-ci il tarixdə rayon MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarında mart ayında görülən işlərə həsr olunmuş onlayn seminar təşkil olundu. Əvvəlcə 31 mart soyqırımı qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Seminarı giriş sözü ilə açan MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək mərkəzi kitabxanada və kitabxana filiallarında mart ayı ərzində görülmüş işlər və aprel ayında görüləcək işlər haqqında kitabxana əməkdaşlarına ətraflı məlumat verdi. Onlayın seminarda filiallarda mövcud olan problemlər müzakirə olundu və onların həlli yolları açıqlandı. Sonra MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri Firidun Əlimərdanov və böyük metodist Faiq Əliyev çıxış edərək kitabxana filiallarına göstərilmiş metodiki köməkliklərdən bəhs etdilər.
Foto Qalereya