Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
1 Aprel , 2021
01.04.2021-ci il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə "2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü"nə  həsr olunmuş onlayn tədbir keçirildi. Tədbirdə kitabxana əməkdaşları və fəal oxucular iştirak edirdi. Tədbiri giriş sözü ilə uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova açaraq iştirakçıları salamladı və məktəbli oxucuları  Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə təbrik etdi. O çıxışında qeyd etdi ki, hər il dünyanın bu günü qeyd etməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir. Kitabxananın əməkdaşl Nazilə Əsədullayeva isə uşaq kitablarının tarixindən tədbir iştirakçılarına məlumat verdi. Fəal oxuculardan Mədinə Hacıyeva, Anar Əsədullayev, Şəms Bağırzadə, Şəkər Eldarova, Simuzər Səfərova və başqaları şairlərimizin kitab, məktəb, müəllim haqqında yazılmış şeirlərindən parçalar söylədilər. Sonda  Beynəlxalq Uşaq Kitabı Gününə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Foto Qalereya