Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
17 İyul , 2021

16.07.2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov, MİHİ Quba rayon Komitəsinin sədri Məhərrəm Hacıyev Vətən müharibəsi şəhidləri – Quba rayonunun Alpan kəndindən olan Məlikov Aqil Niyaz oğlu, Dağlı kəndindən olan Xudayev Yaşar Əli oğlunun ailələrini ziyarət etmişlər. Görüş zamanı şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib,  Vətən müharibəsi zamanı onların göstərdikləri qəhrəmanlıqlardan danışılıb. Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan söz açılıb. Şəhid ailələrinə bayram sovqatı verilib.

Foto Qalereya