Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
8 Sentyabr , 2021

Adilə Əvəz qızı Namazova 1926-cı il sentyabr ayının 9-da Ağdam rayonu- nun Seyidli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1944- cü ildə Azərbaycan Tibb İnstitutuna (indiki ADTU) pediatriya fakültəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra 1949-1953-cü illərdə Ağdam rayonu uşaq məsləhətxanasında mü- dir vəzifəsində çalışmışdır. 1954- 1957-ci illərdə Moskva Həkimləri Təkmilləşdirmə Mərkəzi İnstitutunun aspiranturasında təhsil almışdır. Moskvada təhsil aldığı illərdə məşhur akademik G.N.Speranskinin klinikasın- da alim kimi formalaşmış, namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə dünya şöhrətli alim, aka- demik B.V.Petrovskinin klinikasında o dövrə qədər hələ də qaranlıq qalan və tam ümidsiz hesab olunan anadangəlmə ürək qüsurlarının tədqiqatına başlamış, ilk dəfə olaraq uşaqlarda anadangəlmə ürək qüsurlarının düzgün topik diaq- nozunu dəqiqləşdirərək ürək üzərində cərrahi əməliyyatın aparılması göstərişini və əks-göstərişini təyin et- mişdir. 1960-1965-ci illərdə Moskva şəhərində SSRİ Tibb Elmləri Akade- miyasının doktoranturasında təhsil alan Adilə Namazova 1965-ci ildə I Moskva Tibb İnstitutunda doktorluq dissertasi- yasını müdafiə etmiş və bununla da pe- diatriya üzrə tibb elmləri doktoru olan ilk azərbaycanlı qadın kimi tarixə düş- müşdür. 1958-1960-cı illərdə ATİ-nin Uşaq xəstəlikləri kafedrasında assistent, 1966-1969-cu illərdə müalicə pro- filaktika fakültəsi Uşaq xəstəlikləri kafedrasının müdiri, 1969-cu ildə Hospital-pediatriya kafedrasının mü- diri olmuşdur. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1971-1992-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurasının sədri, 1972-ci ildə Azərbaycan Respublikası uşaq həkimləri cəmiyyətinin sədri, 1983-cü ildə Azərbaycan EA (in- diki AMEA) həqiqi üzvü, 1989-cu ilin mart ayında SSRİ Xalq Deputatı, iki dəfə SSRİ Ali Sovetinin üzvü, 2005- ci ildə Azərbaycan Uşaq Fondunun həmsədri, 2006-cı ildə Rusiya Pedi- atrlar İttifaqının Elmi-Təcrübi “Pedi- atriçeskaya Farmokologiya” jurnalının redaksiya şurasının üzvü seçilmişdir. Adilə Namazova 1974-cü ildə Azərbaycan Səhiyyə Nazirliyi və Azərbaycan Respublika Tibb İşçiləri Həmkarlar Komitəsinin Fəxri fərmanı, 1975-ci ildə “SSRİ Səhiyyə əlaçısı”, 1976-cı ildə Azərbaycan SSRİ Ali So- veti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 1981-ci ildə “Əməkdar elm xadi- mi” fəxri adı, 1982-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1983-cü ildə Azərbaycan Respublikası “Bilik” cəmiyyətinin Fəxri fərmanı və medalı ilə təltif olunmuşdur. 1995-ci ildə Azərbaycan Respublika- sı Səhiyyə Nazirliyinin Fəxri fərmanı, 1996-cı ildə isə səhiyyənin inkişafın- dakı nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Adilə Namazova 2000-ci ildə ADTU-da Etika proqramının tərtibinə görə Albert Şveyserin-SOROS qrantına layiq görülmüş, 2002-ci ildə isə “Ziya- lı Azərbaycan Qadını Simvolu” diplo- mu ilə təltif olunmuşdur. 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiya- sının “Akademik Mirəsədulla Mirqa- sımov mükafatı”na və Rusiya Pediatr- lar İttifaqının “Akademik G.Speranski Medalı”na layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respub- likası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir. Adilə Namazova 2020-ci il dekabr ayının 15-də Bakı şəhərində vəfat et- mişdir