Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
10 Sentyabr , 2021
10.09.2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçlığı ilə Vətən müharibəsinin Qubalı şəhidi Musa Məhəmmədovun əziz xatirəsinə həsr olunmuş “Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı onlayn tədbir keçirildi. Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları, MKS-nin strukturuna daxil olan şəhər, qəsəbə və kənd kitabxana fililalarının işçiləri, şəhid anaları, şəhidin komandiri və fəal oxucular iştirak edirdi. Əvvəlcə Respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. MKS-nin direktoru Saməddin Nəsirov tədbiri açaraq bildirdi ki, Azərbaycan Respublikasıınn Prezidenti Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun hərb tariximizə yazdığı böyük qələbə yaddaşlara əbədi həkk olundu. 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi oldu. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, Şanlı Ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpqalarıımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandanımıza, şəhidlərimizə, əsgər və zabitlərimizə, hərbiçilərimizə minnətdar olmalıyıq.Sonra Mərkəzi kitabxananın əməkdaşı Gülnarə Fərzəliyeva çıxış edərək bildirdi ki, bu gün işğaldan azad edilən torpaqlarımızda əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar azrzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Şəhidimizin anası Rübabə Məhəmmədova və digər şəhid analarından Nərgiz Allahyarova və Rəmiyyə Qocayeva onlayn tədbirə qoşularaq övladlarına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər, bu günkü anım tədbirinin Quba rayon mərkəzi kitabxanasının şəhidlərimizə olan növbəti qayğısı kimi dəyərləndirərək, övladlarının daim qəlblərdə yaşaması üçün bu cür anım tədbirlərini təşkil edən və əməyi keçən hər kəsə minnətdarlıqlarını bildirdilər. Tədbirə qoşulan şəhidimizin komandiri baş gizir Nadir Ələsgərov bildirdi ki, Musa Vətəninə, xalqına, torpağına layiqli övlad kimi böyümüşdür. Məhz buna görə də ömrünü vətən üçün yaşamağı bacardı. İndi Musa təkcə ailəsinin deyil, bütün Azərbaycan xalqının oğludur. Sonda kitabxananın fəal oxucuları Fərəh Şirinova və Rəmisə Əsgərova şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər, şəhid Musa Məhəmmədova həsr olunmuş videoçarx nümayiş olundu.
Foto Qalereya