Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
5 Oktyabr , 2021

Ruslan Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı, Vətən müharibəsinin şəhidi

Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1995-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub    Cəmşid Naxçivanski adına  hərbi lıseydə təhsil aldıqdan sonra    Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi Məktəbinə    daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan o 27 sentyabrda başlayan  Vətən Müharibəsinə   könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Ölümündən sonra    “ Vətən uğrunda” medalı     ilə təltif edilib.]