Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
8 Oktyabr , 2021
08.10.2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının  oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə II Qarabağ müharibəsi dövründə Gəncə şəhərində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş terror hadisələrinin ildönümü ilə əlaqədar “Dünya Erməni terroru qarşısında hələ də susur” adlı  tədbir keçirildi. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ,terror nəticəsində həlak olmuş günahsız insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.MKS-nin direktoru Saməddin Nəsirov tədbiri açaraq Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq, dünya tarixinə yazılacaq cinayət törədildiyini,şəhərin dəfələrlə raket zərbələrinə məruz qalaraq beynəlxalq hüququn kobud şəkildə pozulduğunu bildirdi.Daha sonra Quba rayon Təhsil Şöbəsinin metodisti Mənsur İlyasov çıxış edərək qeyd etdi ki, 44günlük vətən müharibəsi dövründə döyüş zonasından uzaqda olan Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4,5,8, 11,17 oktyabr tarixlərində raket və ağır artelleriya hucumlarına məruz qalıb.Ümumuilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub,175 nəfər yaralanıb,çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə küllü miqdarda ziyan dəyib.Daha sonra MKS-nin mərkəzi kitabxanasının əməkdaşı Zəmirə İskəndərova Gəncədə törədilən terror hadisələri ilə əlaqədar məlumat verərək bildirdi ki,Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri,mülki obyektləri,tibb işçilərini məqsədli atəşə tutması beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə  Konvensiyalarına  məhəl qoymadığını ,öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi.Tədbirin sonunda “Doğma Qarabağ” adlı kitab sərgisi və kitabxananın fəal oxucuları tərəfindən 44 günlük Vətən müharibəsinə həsr olunmuş rəsm sərgisi nümayiş olundu.
Foto Qalereya