Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
17 Noyabr , 2021
17.11.2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi  Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Milli Dirçəliş Günü ilə əlaqədar “Tarixin güclü Azərbaycanı” adlı tədbir keçirildi. İlk öncə torpaqlarımızın azadlığı,suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. MKS-nin direktoru Saməddin Nəsirov tədbiri açaraq bildirdi ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr-Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.Tədbirə dəvət olunmuş rayon ziyalısı,kitabxananın fəal oxucusu, meydan hərəkatının iştirakçısı  Əbil Cəfərov çıxış edərək Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verdi, 17 Noyabr- Milli Dirçəliş Gününü Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğunu vurğuladı. Sonra Mərkəzi kitabxananın əməkdaşı Gülnarə Fərzəliyeva “Tarixin güclü Azərbaycanı” adlı geniş məruzə ilə çıxış edərək, Ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan, ölkəmizdə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında məlumat verdi. Tədbirin sonunda “17 Noyabr –Milli Dirçəliş Günü”dür adlı sərgiyə baxış keçirildi.
Foto Qalereya