Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
14 Yanvar , 2022
14.01.2022-ci il tarixində  Xaçmaz Regional Mədəniyyət İdarəsi  Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar “Şuşa böyük qayıdışın şah əsəridir” adlı tədbir keçirildi. MKS-nin direktor müavini Hüriyyə Sultanova tədbiri açaraq bildirdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsinin böyük tarixi əhəmiyyəti var. Şuşa şəhəri Azərbaycan milləti üçün təkcə ərazi deyil, milli-mənəvi ruh, mədəniyyət,milli kimlik məsələsidir. Tariximizdə ilk dəfə olaraq bir il şəhər ili elan edildi. Tədbirə dəvət olunmuş Azad Məmmədov adına şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Xəyyam Xudaverdiyev çıxış edərək qeyd etdi ki, ötən il Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 28 il düşmən əsarətində olan,lakin heç vaxt milli simasını və ruhunu dəyişməyən Şuşanın azad edilməsi bu şəhərin tarixi şöhrətini özünə qaytarmaqdadır. Son bir ildə görülən işlər bir daha göstərir ki, Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Sonra Mərkəzi kitabxananın əməkdaşı Talehə Dəmirova çıxış edərək  bildirdi ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş,Azərbaycanın və Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Daha sonra Mərkəzi kitabxananın  fəal oxucusu İmam Əlirzayev Xalq şairi Səməd Vurğunun “Şuşa” şeirini söylədi. Tədbirin sonunda “Şuşa-Qarabağın döyünən ürəyi” adlı videoçarx izlənildi, “2022-ci il Şuşa ili”dir adlı sərgi nümayiş olundu.
Foto Qalereya