Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın
Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu
bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) Memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin
başlaması ilə əlaqədar təhsili yarımçıq qalıb.Heydər Əliyev 1941-ci ildən
Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq
Komissarları Sovetində məsul vəzifələrdə çalışıb, 1944-cü ildən isə dövlət
təhlükəsizliyi orqanlarında işə göndərilib. Leninqrad (indiki Sankt-Peterburq)
və Moskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan
Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Dövlət təhlükəsizliyi
orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR
Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci
ildən sədri vəzifələrində işləyib və general-mayor rütbəsinə yüksəlib.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il
iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci
katibi seçilərək respublikanın rəhbəri olub.Bu gün Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.Heydər
Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində
anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra
Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası)
Memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlaması ilə
əlaqədar təhsili yarımçıq qalıb.
Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında
şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışıb, 1944-cü
ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Leninqrad (indiki
Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə
isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Dövlət
təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr
müavini, 1967-ci ildən sədri vəzifələrində işləyib və general-mayor rütbəsinə
yüksəlib.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il
iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci
katibi seçilərək respublikanın rəhbəri olub.