Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
13 May , 2022
13.05.2022-ci il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə Quba rayon Uşaq- Gənclər İnkişaf Mərkəzində  Şuşa ili çərçivəsində  "Xarı bülbülün Vətəni - Şuşa" adlı tədbir keçirildi. Tədbirdə kitabxana əməkdaşları,  mərkəzin müəllim və şagirdləri  iştirak edirdi. Giriş sözü ilə çıxış edən uşaq şöbəsinin müdiri  Rübabə Hacıbəyova  iştirakçıları salamladı və qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir:  “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Şuşanın işğalı nə qədər acınacaqlı olsa da, 28 il sonra azad olunması daha qürurverici oldu. 28 illik həsrətdən sonra Qarabağımızın simvolu olan Xarı bülbül bu bahar üzümüzə açıldı. Rəvayətə görə Şuşa dağlarında xarıbülbül adlanan qeyri-adi bir gül yetişir. Gülə bu ad bülbülə bənzədiyinə görə verilib. Rayon Uşaq – Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin müəllimi Firuzə Əmiraslanova şagirdlərə Şuşa haqqında məlumat verdiklərinə görə kitabxana əməkdaşlarına öz minnətdarlığını bildirdi və qeyd etdi ki, Şuşada bitən Xarı bülbülü yalnız şəkillərdən, fotolardan izləmişik. 30 il sonra 44 günlük müharibənin  nəticəsində Azərbaycanın igid oğulları Qarabağı düşmən tapdağından azad etdi, eləcə də Xarı bülbülü. Beləcə, kitablardan şəklini gördüyümüz Xarı bülbül də qələbəmizin simvoluna çevrildi. Tədbirin sonunda kitabxana əməkdaşlarının təşkil etdikləri “Şuşa-Azərbaycanın Mədəniyyət paytaxtıdır” adlı sərgiyə baxış keçirildi.
Foto Qalereya