Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
31 May , 2022

1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan UQadınların Beynəlxalq KonfransıFnda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün ənənəvi olaraq Azərbaycanda da qeyd edilir. 60 ildir ki, dünya bu günü qeyd edir. Azərbaycanda da uşaqlarla bağlı layihələr həyata keçirilir, onların sağlamlığının qayğısına önəm verilir və təhsil almaları üçün hər cür addım atılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin 29 faizini 18 yaşadək uşaqlar təşkil edir. 46,6 faizini qızlar təşkil edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009cu ilin Azərbaycanda UUşaq iliF elan etməsi ölkəmizdə uşaqlara qarşı olan diqqətin nümunəsidir.   Hazırda ölkədə uşaqlara tibbi xidmət göstərən 591 poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə 4,5 min nəfər həkimpediatr çalışır. İlin əvvəlinə ölkədə idman seksiyalarında məşğul olan uşaqların sayı 340 min nəfərə yaxın olub. Uşaqlar daha çox futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbol və stolüstü tennis kimi idman növlərinə maraq göstərirlər.

Ölkədə 11,7 min ailədə olan 22,8 min uşağa aylıq sosial müavinət təyin olunub. Bu müavinətləri alan uşaqların 1,8 mini şəhid ailələrinin, 16,4 mini müharibə əlillərinin, 4 mini birinci və ikinci qrup Çernobıl AES əlillərinin, 0,6 mini isə müddətli xidmətdə olan hərbi qulluqçuların uşaqlarıdır. Həmçinin, sağlamlıq imkanları məhdud olan 56,5 min uşağa və 10,7 min ailənin 1 yaşınadək olan 10,8 min uşaqlarına aylıq, 23,6 min ailəyə 24 min uşağın doğulmasına görə birdəfəlik sosial müavinətlər verilib. Bundan əlavə, 173,3 min ailənin 381,7 min uşağı ünvanlı dövlət sosial yardımı alır.

Azərbaycanda 1612 məktəbəqədər təhsil müəssisəsi, 4550 gündüz ümumtəhsil məktəbi, 108 peşə məktəbi və peşə liseyi, 60 orta ixtisas təhsil müəssisəsi, 48 ali məktəb fəaliyyət göstərir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi sisteminin klub müəssisələrində 3672 uşaq dərnəkləri və kollektivləri, 104 uşaq kitabxanası və 234 uşaq musiqi incəsənət və rəssamlıq məktəbləri var.     Hər kəsdən daha çox sevgiyə ehtiyacı olan uşaqların qayğısına  dövlət tərəfindən hər cür diqqət yetirilir. Gələcəyimizin parlaq və işıqlı olması uşaqların əlindədir. Onların nə dərəcədə sevgiyə, qayğıya ehtiyacı olduqlarını öz gözlərimizlə görüb, gələcəyimizin aydın, işıqlı və parlaq olması üçün böyük işlərə imza atmalıyıq.