Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
22 İyun , 2022
23.06.2022-ci il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə FHN-nin Quba şəhər ərazisində yerləşən “N” saylı hərbi hissəsində Milli Silahlı Qüvvələr Günü ilə əlaqədar “Azərbaycan Ordusu qürur mənbəyimizdir” adlı bayram tədbiri keçirildi. Tədbirdə hərbi hissənin zabit və əsgər heyyəti, kitabxana əməkdaşları və fəal oxucular iştirak edirdi. İlk öncə Müstəqil Azərbaycan Dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov tədbiri açaraq 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Ali baş komandan başda olmaqla Silahlı Qüvvələrimizin bütün zabit və əsgər heyyətini təbrik etdi, gərgin və məsuliyyətli işlərində, xidmətlərində onlara müvəfəqiyyətlər arzu etdikdən sonra bildirdi ki, bu gün Azərbaycan Silahlı Qüvvələri özünün ən şanlı tarixi dövrünü yaşayır. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması ilə başlayan, 44 gün davam edən və Ordumuzun qələbəsi ilə nəticələnən Vətən müharibəsi bir daha göstərdi ki, ən çətin və məsuliyyətli tapşırıqları şərəflə yerinə yetirməyə qadir olan güclü Ordunun yaradılmasında yüksək hazırlıqlı zabit heyyətinin əvəzolunmaz rolu vardır. Məhz bu heyyətimiz “ Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Sonra Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova çıxış edərək qeyd etdi ki, sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu hərbi gücü darmadağın edərək böyük zəfərə imza atdı. Daha sonra FHN-nin Quba şəhər ərazisində yerləşən “N” saylı hərbi hissənin komandiri, polkovnik Əbülfəz Süleymanov keçirilən bayram tədbirinin təşkilinə görə Mərkəzi kitabxananın kollektivinə öz təşəkkürünü bildirdikdən sonra qeyd etdi ki, qazanılan bu qələbə Ali Baş Komandanın, xalqla birliyin, haqq işinin, Müzəffər Azərbaycan Ordusunun gücünü, rəşadətli əsgərlərin, Azərbaycan xalqının iradəsinin qələbəsi idi. Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır! Tədbirin sonunda müxtəlif mövzularda kitab sərgiləri nümayiş olundu, hərbi hissənin əsgər və zabitlərinə yerindəcə kitabxana xidməti göstərildi.
Foto Qalereya