Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
22 İyul , 2022
22.07.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Milli Mətbuat və Jurnalistika Gününə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı” adlı dəyirmi masa keçirildi. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova tədbiri açaraq bildirdi ki, təməli “Əkinçi” qəzeti ilə qoyulan Milli mətbuatımızın yaranmasından 147 il ötür. Azərbaycan mətbuatı “Əkinçi”dən başlayan ənənələri davam etdirərək xalqımızın mədəniyyətinin, adət-ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olub və bu missiya bu gün də davam edir. Azərbaycan söz və mətbuat azadlığı sahəsində dünyanın aparıcı demokratik ölkələri ilə müqayisə edilə biləcək tərəqqiyə nail olub. Sonra Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qanun dairəsində” qəzetinin müxbiri Füzuli Baratov  Azərbaycan tarixinin ən işıqlı simalarından biri olan, Milli mətbuatımızın atası sayılan Həsən bəy Zərdabinin böyük səyi nəticəsində ərsəyə gələn “Əkinçi “ qəzetinin xalqımızın milli dirçəliş yoluna qədəm qoymasında, dövlət və dövlətçilik ideyalarının formalaşmasında, ictimai həyata baxışının dəyişməsində oynadığı rol haqqında geniş məlumat verərək bildirdi ki, həqiqəti yazmaq, informasiyanı operativ ötürmək bütün dönəmlərdə mətbuatın əsas vəzifəsi sayılıb. Daha sonra Mərkəzi kitabxananın əməkdaşı Fidan Kərimova “Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı” adlı geniş məruzə ilə çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, inkişaf etdirilməsini mətbuatın əsas vəzifəsi hesab edirdi. Vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrundakı mübarizəsinə öz böyük töfhəsini vermişdir. Tədbirin sonunda “22 iyul - Milli Mətbuat Günüdür” adlı sərgiyə baxış keçirildi.
Foto Qalereya