Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
29 İyul , 2022
29.07.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası və Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman ) Quba Regional Mərkəzinin  birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr olunmuş “İnsan alveri-ümumbəşəri bəla” adlı  maarifləndirici tədbir keçirildi. Rayon MKS-nin  Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova tədbiri açaraq bildirdi ki,  insan alveri bütün dünyada  dövlətlərin aktual problemlərindən biri olaraq qalmaqdadır. Əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması, insan alverinə qarşı mübarizənin sərtləşdirilməsi, onun qurbanlarına hərtərəfli yardım göstərilməsi istiqamətində zəruri addımlar atırlar. Bununla bağlı məlumatlılığın artırılması, beynəlxalq ictimaiyyətin diqqətini   insan alveri qurbanlarının üzləşdiyi problemlərə yönəldilməsi məqsədi ilə BMT-nin baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixi insan alverinə qarşı mübarizə üzrə beynəlxalq gün olaraq qeyd olunur. Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman ) Quba Regional Mərkəzinin baş məsləhətçisi Murad Əsgərov  İnsan alverinin İnsan hüquq və azadlıqlarına yaratdığı təhlükədən, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətindən, insan alverinə qarşı mübarizənin təşkilatı əsaslarından söhbət açaraq, bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruri olduğunu qeyd etdi.  Daha sonra mərkəzi kitabxananın əməkdaşı Validə Əmiraslanova “İnsan alveri- bəşəri bəla”adlı geniş məruzə ilə çıxış edərək bildirdi ki, insan alverinin qurbanına çevrilmiş şəxslərin müdafiəsi insan və vətəndaşların hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərini rəhbər tutmaqla təmin edilir.   Sonda Murad Əsgərov tədbir iştirakçılarının suallarını cavablandırdı və “Hüqularınızı bilin ki, aldanmayın!”adlı sərgi nümayiş olundu.
Foto Qalereya