Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
1 Avqust , 2022
01.08.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi  kitabxanasında  MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin abonement bölmə müdiri Zəmirə İskəndərovanın  65 yaşının tamam olması ilə əlaqədar yubiley tədbiri keçirildi. Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları və yubileyarın yaxın qohumları iştirak edirdi.Rayon MKS-nin direktoru Saməddin Nəsirov yubliyarı 65 yaşı tamam olması ilə əlaqədar təbrik edərək,ona uzun ömür, möhkəm  can sağlığı arzuladı.Sonra Mərkəzi kitabxananın əməkdaşları Mehriban Gəbəybəyova, Firidun Əlimərdanov, Qızxanım Kərimova, Rübabə Hacıbəyova, Gülnarə Səmədova, Fidan Kərimova və  həmçinin təqaüddə olan kitabxana əməkdaşları Faiq Əliyev, Tuqrə Talıbova, Faziyyat Malıyeva və başqaları çıxış edərək  Zəmirə İskəndərovaya xoş arzularını çatdırdılar.MKS-nin direktoru Saməddin Nəsirov yubliyarı  65 yaşının tamam olması və kitabxana-informasiya sahəsində səmərəli fəaliyyətinə görə Fəxri fərmanla təltif etdi.Sonda yubliyarla xatirə şəkli çəkdirildi.
Foto Qalereya