Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
2 Avqust , 2022
02.08.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə 2 avqust-Azərbaycan Kinosu Günü ilə əlaqədar “Azərbaycan milli kinosu tariximizin salnaməsidir” adlı tədbir keçirildi. Rayon MKS-nin direktoru Saməddin Nəsirov tədbiri açaraq qeyd etdi ki, hər il avqust ayının 2-i ölkəmizdə kino işçilərinin peşə bayramı kimi qeyd olunur. Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə, vahid ideologiyaya xidmət edib. Hər bir sənət növünün yaradılmasında məqsəd birmənalı olaraq maarifçiliklə bağlıdır. Sənət milli düşüncəyə, dövlət və dövlətçiliyə, cəmiyyətin inkişafına xidmət etməlidir. Böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib. Sonra Mərkəzi kitabxananın əməkdaşı Talehə Dəmirova çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının mədəni inkişaf sahəsində kino işçilərinin xidmətlərini və ölkəmizdə çəkilmiş kinosüjetlərin ilk kinoseansının həyata keçirildiyi tarixi nəzərə alaraq bu günün qeyd olunması barədə Sərəncam imzalayıb. 2000-ci il 18 dekabr tarixli 558 saylı Saylı Sərəncama əsasən 2 avqust Azərbaycan Kinosu Günü elan edilib. Ölkə Prezidenti cənab İlham Əliyev 2008-ci ildə imzaladığı müvafiq sərəncamla “Azərbaycan Kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” nı təsdiq etdi. Beləliklə də milli kinomuzun hərtərəfli inkişafı üçün əlverişli imkanlar yarandı.Tədbir çərçivəsində Milli Kino Gününə həsr olunmuş videoçarx və Azərbaycan filmlərindən qısa fraqmentlər nümayiş olundu. Sonda “Azərbaycan kinosu” adlı sərgiyə baxış keçirildi.
Foto Qalereya