Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
2 Avqust , 2022
02.08.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxu zalında Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin təşəbbüsü ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları”  adlı  maarifləndirici tədbir keçirildi. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları və rayon MKS-nin mərkəzi kitabxanasının,həmçinin şəhər, qəsəbə və kənd kitabxana filiallarının əməkdaşları iştirak edirdi. Maarifləndirici tədbiri giriş sözü ilə açan rayon MKS-nin direktoru Saməddin Nəsirov bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı. Sonra Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin ərazi orqanları ilə iş şöbəsinin baş zabiti, daxili xidmət leytenantı Etibar Qasımov, təlim və əməliyyat planlaşdırma şöbəsinin baş zabiti,kapitan Rüstəm Şıxıyev və Şimal Regional DYNİ-nin DYNŞ-nın inspektoru, daxili xidmət kapitanı Məcid Məmmədov çıxış edərək fövqəladə halların yaranma səbəbləri,elektrik təsərrüfatında yanğın təhlükəsizliyi,məişətdə qazdan təhlükəsiz istifadə qaydaları,ildırım,sel və daşqın zamanı hərəkət qaydalarından həmçinin məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ və torpaq  sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları barədə tədbir iştirakçılarına məlumat verdilər. Tədbir çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşlarının hazırladığı videoçarxa baxış keçirildi. Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.
Foto Qalereya