Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
4 Noyabr , 2022
04.11.2022 ci il tarixində Xaçmaz Regional Mədəniyyət  İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin mərkəzi kitabxanasının  oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə   Zəfər Gününə həsr olunmuş “Zəfər günlərinin şahidi – Bayraq” adlı tədbir keçirildi. Tədbirdə kitabxana əməkdaşları, şəhid ailələri, qazilər, ADPU-nun Quba filialının tələbələri və kitabxananın fəal oxucuları iştirak edirdi. Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Müstəqil Azərbaycan Dövlətinin memarı, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi, azadlığı və müstəqilliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. MKS-nin direktoru Saməddin Nəsirov tədbiri açaraq iştirakçıları salamladıqdan sonra bildirdi ki, ölkəmizdə 8 Noyabr – Zəfər Günü böyük coşqu ilə qeyd olunur. Sentyabrın 27 - dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağda daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Sonra kitabxananın əməkdaşı Gülnarə Fərzəliyeva “Zəfər günlərimin şahidi –Bayraq” adlı geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz  gün şanlı tariximizə daxil olan Zəfər Günüdür. Bu gün Azərbaycan xalqı tarixi zəfərə imza ataraq, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, Tərtər digər şəhər və rayonlarımızda soyqırımlar zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında alaraq, işğalçı Ermənistana layiq olan yeri göstərdi. Daha sonra kitabxananın fəal oxucusu Aynur Tağıyeva  mövzu ilə əlaqədar çıxış edərək bildirdi ki, noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Tədbirdə şəhid Nuran Mirzəyevin atası  Akif Mirzəyev və II Qarabağ müharibəsinin iştirakçısı, qazi Heybətqulu Əkbərzadə çıxış  edərək, Zəfərin xalqımızın haqqı olduğunu bildirərək, xalqımıza qələbə sevinci yaşadan qalib dövlətin rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Tədbir çərçivəsində ADPU-nun Quba filialının tələbələri, kitabxananın fəal oxucuları Vətənə, Zəfərə, Bayrağa həsr olunmuş şeirlər söylədilər. Tədbirin sonunda “Zəfər fatehləri” adlı videoçarx nümayiş olundu, “Şanlı Zəfər tariximiz” adlı sərgiyə baxış keçirildi və xatirə şəkli çəkdirildi.
Foto Qalereya