Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
10 Noyabr , 2022
10.11.2022-ci il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə 20 Oktyabr – 20 Noyabr “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların müdafiə hüququ” adlı tədbir keçirildi. Tədbirdə kitabxana əməkdaşları və II Nügədi kənd Oktay Məmmədov adına 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edirdi.  Giriş sözü ilə çıxış edən uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, uşaqlar bu dünyanın təməlidir. Bu səbəblə də onları ən yaxşı şəkildə yetişdirməli, şəxsiyyət olaraq formalaşmasında əlimizdən gələn hər cür köməkliyi göstərməliyik. Xoşbəxt uşaqlar xoşbəxt gələcək deməkdir. Daha sonra məktəbin müəllimi Cəmilə Əlibalayeva çıxış edərək bildirdi ki, hər bir valideyn daha sonra isə bütün bir cəmiyyət uşaq hüquqları haqqında məlumat sahibi olmalıdır ki, onların hüquqlarını əlindən almadan onlar üçün ən yaxşısını edə bilsin. Uşaq Hüquqları Konvensiyası 54 maddədən ibarətdir. Bütün dünyada uşaqların hüquqlarını genişləndirmək və onların hüquqlarını qorumaq üçün fəaliyyət göstərən bir çox qeyri-hökumət təşkilatları və fəallar var. Sonda "Sənin hüquq və vəzifələrin" başlıqlı sərgiyə baxış keçirildi.
Foto Qalereya