Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
11 Noyabr , 2022
11.11.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Konstitusiya Günü ilə əlaqədar “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk konstitusiyası”  adlı tədbir keçirildi. Tədbirdə kitabxana əməkdaşları, ADPU-nun Quba filialının tələbələri və fəal oxucular iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildikdən sonra MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova məlumat verərək  bildirdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olunmuşdur. Bu ali sənəd ölkədə həyata keçirilən hüquqi-demokratik islahatlar üçün möhkəm bir təməl idi. Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünki uğurların  hüquqi başlanğıcında da məhz Ümummilli Lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk konstitusiyası dayanır. Sonra ADPU-nun Quba filialının tələbəsi Rəşad Abdullayev mövzu ətrafında çıxış edərək qeyd etdi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün  bərpa olunması, Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaratdı. Daha sonra Mərkəzi kitabxananın əməkdaşı Validə Əmiraslanova və kitabxananın fəal oxucusu Aynur Tağıyeva çıxış edərək, konstitusiyanın aliliyi, onun tarixi mahiyyəti, eləcə də hüquqi əsasları haqqında məlumat verdilər. Sonda “Azərbaycan Konstitusiyası insan hüquqlarının təminatçısıdır” adlı sərgiyə baxış keçirildi.
Foto Qalereya