Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
17 Noyabr , 2022
17.11.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxu zalında  Milli Dirçəliş Gününə həsr olunmuş “Tariximizin dönüş nöqtəsi” adlı tədbir keçirildi. Tədbirdə kitabxana əməkdaşları, ADPU-nun Quba filialının tələbələri və mərkəzi kitabxananın fəal oxucuları iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Əvvəlcə, müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi, ərazi bütövlüyü  uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad olundu. MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova tədbiri açaraq bildirdi ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən biri olan 17 Noyabr- Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını  və başlanğıcını ötən əsrin 60 – cı illərindən götürən bu tarix sonralar Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub. Sonra Mərkəzi kitabxananın əməkdaşı Gülnarə Fərzəliyeva “Tariximizin dönüş nöqtəsi” adlı geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, 1988-ci il 17 noyabrda başlanan kütləvi çıxışlar Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. 17 noyabr bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə boyunduruğu altında saxlamaq  qeyri-mümkündür. Daha sonra ADPU-nun Quba filialının tələbəsi Zümrüd Məmmədova mövzu ətrafında çıxış edərək bildirdi ki, 17 noyabrda başlanan mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli-azadlıq hərəkatının qarşısını ala bilmədi. 1988-ci il noyabr ayında Azərbaycanın müstəqillik yolunda yürüşü başlandı və xalqımız hər il bu günü Milli Dirçəliş Günü kimi qeyd edir. Tədbirin sonunda 17 Noyabr-“Milli Dirçəliş Günü”dür adlı sərgiyə baxış keçirildi.
Foto Qalereya