Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
23 Noyabr , 2022
23.11.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının abonement bölməsinin fondunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş  “Çırpınırdı Qara dəniz”  adlı tədbir keçirildi. Tədbirdə kitabxana əməkdaşları, ADPU-nun Quba filialının tələbələri və mərkəzi kitabxananın fəal oxucuları iştirak edirdi.  Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova tədbiri açaraq bildirdi ki, bu il Azərbaycanın istiqlal şairi, himnimizin müəllifi, həyatını bütövlüklə millətin azad yaşaması uğrunda mübarizəyə həsr etmiş Əhməd Cavadın 130 illik yubileyi respublikamızda təntənə ilə qeyd olunur. Əhməd Cavad ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideyallarına həyatı boyu sadiq qalmış unudulmaz şəxsiyyətdir. Sonra kitabxananın əməkdaşı Talehə Dəmirova “Çırpınırdı Qara dəniz” adlı geniş məruzə ilə çıxış edərək qeyd etdi ki,  Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 30-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir. Tədbir çərçivəsində ADPU-nun Quba filialının tələbələri Əhməd Cavadın məşhur şeirlərindən parçalar səsləndirdilər. Tədbirin sonunda “Əhməd Cavad-130” adlı sərgiyə baxış keçirildi.
Foto Qalereya