Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
24 Noyabr , 2022
24.11.2022-ci il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə Tələt Mikayılov adına şəhər 5 saylı tam orta məktəbdə 2022-ci il – Şuşa ili çərçivəsində “Şuşa ilə Zəfər” adlı tədbir keçirildi. Tədbirdə kitabxana əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edirdi. İlk öncə Azərbaycanın Dövlət himni səsləndirildi. Sonra isə Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə çıxış edən uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova iştirakçıları salamladı, Şuşa uğrunda gedən döyüşlərdə canlarından keçən və ümumilikdə bütün şəhidlərimizə Allahdan rəhmət dilədi. Sonra qeyd etdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşanın işğalı nə qədər acınacaqlı olsa da, 28 il sonra azad olunması daha qürurverici oldu. 28 illik həsrətdən sonra Qarabağımızın simvolu olan Xarı bülbül bahar çağında üzümüzə açıldı. Daha sonra uşaq şöbəsinin əməkdaşı Nazilə Əsədullayeva çıxış edərək bildirdi ki, Zəfər Qələbəsi Günü kimi qeyd olunan  Şuşanın işğaldan azad edildiyi gündən etibarən burada yenidənqurma və bərpa işlərinə start verilib. Yüz kilometrlərlə müasir standartlara uyğun yolların, elektrik xətlərinin çəkilişi ilə yanaşı tarixi abidələrin bərpasına başlanılıb. Sözsüz ki, Şuşanın azad edilməsindən danışarkən hərbi əməliyyatlarımızın uğurunu da qeyd etmək lazımdır. Tədbir çərçivəsində şagirdlər Şuşaya həsr olunmuş şeirlərdən parçalar söylədilər. Sonda kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Şuşa – Azərbaycanın Mədəniyyət Paytaxtı” adlı kitab sərgisinə baxış keçirildi.
Foto Qalereya