Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Quba rayon MKS
Tədbirlər
16 Mart , 2023
16.03.2023-cü il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxu zalında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar “Ümumxalq məhəbbəti qazanmış əbədiyaşar dahi” adlı konfrans keçirilib. Tədbirdə kitabxana əməkdaşları, Quba rayon Qaraçay tam orta məktəbin  tarix müəllimi Bariz Allahverdiyev, Quba Dövlət Sosial İqtisad Kollecinin müəllim və tələbələri, mərkəzi kitabxananın fəal oxucuları və başqaları iştirak edirdi. Əvvəlcə, tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin və qardaş ölkədə baş vermiş zəlzələ zamanı dünyasını dəyişən günahsız insanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. MKS-nin direktoru Saməddin Nəsirov konfransı açaraq bildirdi ki, bu gün tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin anım gününü böyük ehtiramla yad edirik. Müasir, müstəqil Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin gördüyü mütərəqqi işlər və Vətənimiz qarşısındakı misilsiz xidmətləri onu xalqımızın Ümummilli liderinə çevirib. Heydər Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış və əməlləri ilə xalqımızın əbədiyaşar liderinə çevrilmiş dahi şəxsiyyətdir. Sonra Quba rayon Qaraçay tam orta məktəbin tarix müəllimi Bariz Allahverdiyev çıxış edərək qeyd etdi ki, müstəqilliyimizin ilk illərində ölkəmizin parçalanması və dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alan, milli dövlətçiliyimizin təməlini qoyan, milli dövlətçilik ənənələrini formalaşdıran və müstəqil Azərbaycanı yenidən quran məhz Heydər Əliyev idi. Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev dünya azərbaycanlılarını vahid Vətənimiz ətrafında birləşdirməyə nail olan dahi şəxsiyyətdir. Quba Dövlət Sosial İqtisad Kollecinin tələbələri Fidan Ələsgərova və Nərmin Həkimova konfransda  çıxış edərək bildirdilər ki, Ümummilli Liderin çoxşaxəli fəaliyyətində təhsil xüsusi yer almışdır. Ulu Öndərin təhsil siyasəti dərin milli mənafelər üzərindən qurularaq ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət etmişdir. Yüksək inkişaf etmiş ali təhsil sistemi cəmiyyətin, dövlətçiliyin, iqtisadiyyatın və sosial rifahın inkişafını təmin edir. Daha sonra mərkəzi kitabxananın əməkdaşı Validə Əmiraslanova “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini vermişdir. Bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının və kitabxana işçilərinin xatirəsində əbədi yaşayacaqdır. Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Sən elə bir zirvəsən!” adlı videoçarx izlənildi, “2023-cü il Heydər Əliyev ili”dir adlı kitab sərgisi nümayiş olundu.
Foto Qalereya