Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Turizm gözəllikləri
16 Yanvar , 2016

Azərbaycanın turizm məkanlarından biri də Quba rayonudur. Rayon ərazisində bir çox istirahət obyektləri fəaliyyet göstərir ki,füsunkar təbiət, göz oxşayan mənzərələr, daglar, bulaqlar, çaylar, yaşıllıqlar aləmi istirahət üçün əvəzsizdir.

 

Soyuq Bulaq ailəvi istirahət zonası

 

Azərbaycanın ən səfalı guşələrindən olan Qubanın Qəçrəş kəndində yerləşən Soyuq Bulaq ailəvi istirahət zonası istirahətiniz  üçün ideal məkandır. Soyuq Bulaq istirahət zonası sizlərə müasir mebellərlə, tv, peyk antena, telefon xidməti, istilik sistemi, wi-fi şəbəkəsi ilə təchiz olunmuş 2 və 4 nəfərlik kotteclər, ad günləri, şənliklər, əlamətdar günlərinizi səmərəli qeyd edə bilmək üçün 60 nəfərlik banket zalı, 10 nəfərlik  kiçik zallar,  Karaoke zalı, açıq havada, təbiətin qoynunda səmərəli istirahət edə bilməniz üçün besetkalar və sair xidmətlər təklif edir. Eyni zamanda burada Azərbaycan və Avropa mətbəxinin ləziz yeməklərindən dadaraq füsünkar təbiətdə eləcə də “Qudyalçay” sahilində gəzinti həyata keçirərək təbiətin gözəlliklərindən zövq ala bilərsiniz.

 

Tel: 050-640-28-51, 050-329-85-74