Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
29 Dekabr , 2016
29.12.2016–cı il tarixdə rayon MKS–nin mərkəzi kitabxanasının oxu zalında, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Yeni il” bayramı ilə əlaqədar tədbir keçirildi.  Tədbirdə çıxış edən MKS – nin direktoru Saməddin Nəsirov Mərkəzi kitabxananın kollektivini qarşıdan gələn bayram münasibəti ilə təbrik etdi və bildirdi ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. O qeyd etdi ki, ölkədə bütün sahələrdə olduğu kimi, kitabxana sahəsində də  mühüm uğurlara imza atılıb. Görülən işlər ilə bu sahədə mühüm nailiyyət və uğurlara nail olunub. Sonra çıxış edən MKS – nin direktor müavini Hüriyyə Sultanova bildirdi ki,  “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ümummilli lider Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi Azərbaycanın dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verib. Sonda mərkəzi kitabxananın işçiləri ilin yekunlarına dair fikir mübadiləsi apardılar.
Foto Qalereya