Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Haqqımızda
11 Fevral , 2015

Quba rayonu MKS-nin Mərkəzi Kitabxanası haqqında məlumat

Quba rayon mərkəzi kitabxanası 1932-ci ildə yaradılmışdır. Bu dövrədək müxtəlif formalarda qiraətxanalar, kitabxanalar da faəliyyət göstərmişdir.
1978-ci ildə Quba rayon mərkəzləşdirilmiş kitabxana sistemi yaradılmışdır. 
Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir; 
MKS-nin tərkibində 1 mərkəzi, 1 şəhər, 90 kənd kitabxanası-cəmi 92 kitabxana fəaliyyət göstərir.
2002-ci ildə Quba rayon mərkəzi kitabxanasında kənd rayonları arasında ilk dəfə olaraq Resurs-İnformasiya Mərkəzi-Kompüter zalı açılmışdır.
MKS 2003-cü ildə fəaliyyət dairəsinə görə II qrupa keçirilmişdir. 
MKS “Mədəniyyət haqqında“, ”Kitabxana işi haqqında“ Qanunları, Respublika Prezidentinin kitabxana işi ilə bağlı bütün qərar və sərəncəmlarını, digər direktik sənədləri rəhbər tutaraq fəaliyyət göstərir.

Quba rayon MKS-yə üzv yazılma qaydaları

 Quba rayon MKS-nin tabeliyinda olan bütün kitabxanalara hər bir vətəndaş pulsuz üzv yazila bilər. Bu zaman hər bir kəs şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir. Oxucu üçün anket yazılır, ona kitabxanadan istifadə qaydalari izah olunur. Kitabların qorunmasınin, mühafizəsinin zəruriliyi izah olunur.

Şəhərin oxucu məktəbliləri isə oxuduğu məktəbdən arayış təqdim edirlər.Bunun vacibliyi ondadır ki, oxucu ilə bağlı məktəblə əlaqə saxlamaq mümkün olur.

Quba rayon MKS-nin kitab fondundan istifadə qaydaları

Ədəbiyyat oxucuya 15 gün müddətinə verilir. Müəyyən səbəblərdən oxucu həmin ədəbiyyatı oxuya bilməyibsə, onun xahişi ilə müddət yenidən uzadılır və anketdə müvafiq qeydlər aparılır.
Kitabın qaytarılması gecikdirildikdə oxucuya telefonla zəng olunur, xəbərdarlıq edilir. Nəticə vermədikdə oxucunun ünvanına rəsmi məktub göndərilir.
Kitab itirildikdə, imkan daxilində oxucudan həmin adda kitabin alınıb kitabxanaya verilməsi tələb olunur. Bu mümkün olmadıqda qanuna müvafiq tədbir görülür.

Quba rayon MKS-nin iş vaxtı haqqında məlumat

Mərkəzi kitabxananın iş vaxtı səhər saat 9:30 dan axşam saat 18:30 dəkdir. Kitabxana fasiləsiz işləyir. İstirahət günlərindən kitabxanaçılar növbəlilik əsasında, əvəzçilikdə istifadə edirlər. Kənd kitabxanaları da iş vaxtını yerli şəraitə uyğun qururlar. İş günü 7 saat olmaqla kənd kitabxanaçıları bir istirahət günündən istifadə edirlər.

Quba rayonu MKS-nin şöbələri haqqında məlumat

Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir;

1. Oxuculara xidmət şöbəsi 

Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsi oxuculara abonement və oxu zalı vasitəsilə kitabxana xidməti göstərir. Oxucuların müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək edir, fondun qorunmasını həyata keçirir. Oxuculara xidmət işi əsasən kitablar, qəzet və jurnallar, yeni alınmış elektron materiallar vasitəsilə aparılır. Oxuculara kitabxanadan istifadə qaydaları haqqında məlumat verilir. Yeni daxil olmuş ədəbiyyatların təqdimatı, məzmunca əhəmiyyətini itirmiş, fiziki cəhətdən köhnəlmiş, yararsız hala düşmüş, habelə oxucu sorğusu olmayan, təkrar və artıq olan, əhəmiyyət daşımayan nəşrlərin fonddan təmizlənməsi işini həyata keçirir. Şöbə öxucuları kitabxanaya cəlb etmək üçün müxtəlif tədbirlər təşkil edir. Oxu zalı 16 adda qəzet və jurnala abunədir. Son 5 ilin dövri mətbuatı arxivdə saxlanılır.



Şöbə müdiri: M.Gəbəybəyova
Abonement bölməsinin müdiri: Z.İskəndərova
Oxu zal müdiri: F.Malıyeva 
Baş kitabxanaçı: B.İskəndərova 
Böyük kitabxanaçı: T.Dəmirova 
Multimedia mütəxəssisi: H.Sultanova 
Kitabxanaçı informasiya texnologiyaları üzrə mütəxəssis: S.Əliyeva 
İnformasiya tenologiyaları üzrə mütəxəssis: N.Nadirova 

 

Oxu zalı


Abonement
 
 
 

2. Uşaq şöbəsi 

Mərkəzi kitabxananın Uşaq şöbəsi kiçik yaşlı oxuculara abonement və oxu zalı vasitəsilə kitabxana xidməti göstərir. Şöbədə müxtəlif mövzularda sərgilər təşkil olunmuşdur. Şöbənin oxu zalı uşaqları maraqlandıran rəngarəng uşaq sərgiləri, fotostentləri ilə zəngindir. Oxu zalı 16 adda qəzetin, 3 adda jurnalın abunəçisidir. Sərgilərdə 350-yə qədər müxtəlif mövzularda kitab və jurnallar nümayiş olunur. “Zəka” aylıq divar qəzeti hər ay şagirdlərin yaxın köməyi ilə yenilənir. Uşaq şöbəsinin işçiləri tərəfindən kiçik yaşlı oxucuların kitab və mütaliəyə olan maraqlarını daha da artırmaq məqsədilə müxtəlif tədbirlər təşkil olunur ki, bunlar da ucadan oxular, şeir gecələri, səhərciklər, söhbətlər, kitab müzakirələri və s. təşkil edir.

Şöbə müdiri: Z.Yasinova 
Oxu zal müdiri: R.Seyfullayeva
Baş kitabxanaçı: N.Əsədullayeva
Böyük biblioqraf: D.Balayeva
Multimedia resursları üzrə mütəxəssis: M.Məmmədova


Oxu zalı



Abonement



3. Komplektləşdirmə və kitabişləmə şöbəsi 

Komplektləşdirmə və kitabişləmə şöbəsi kitabxanaya daxil olan ədəbiyyatın uçotu və işlənməsi, təsnifləşdirilməsi və kataloqlaşdırılması, kitabxana fondundan çıxarılmış ədəbiyyatlar üzrə aktların tərtibi kimi işləri aparır. Şöbə eyni zamanda silinmiş ədəbiyyatı toplu kataloqdan, inventar və uçot kitablarından akt əsasında silinməsini həyata keçirir. Şöbəyə kitablar Mədəniyyət və Turizm Nazirliyindən, Kitabxana Kollektorundan, M.F.Axundzadə adına Milli Kitabxanadan, müxtəlif təşkilatlardan və müəlliflərdən daxil olur. Şöbəyə daxil olan hər bir ədəbiyyat tam işlənib sənədləşdirildikdən sonra “IRBIS-64” Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin yaddaşına daxil edilir. Şöbəyə daxil olan bütün kitablar sənədlə yoxlanılır, fərdi uçot kitabına salınır, inventar nömrəsi verilir və inventar kitabına salınır.


Şöbə müdiri: N.Məmmədova
Baş kitabxanaçı: R.Əliyeva
Böyük kitabxanaçı: P.Quliyev
Biblioqraf: Q.Kərimova



4. Metodika və biblioqrafiya şöbəsi 

Şöbə mərkəzi kitabxana eləcə də filial kitabxanalarında tədbirlərin keçirilməsinə, kitab fondunun yeni təsnifata uyğun və şöbələrin elm sahələri üzrə düzülüşünə, uçot və inventar kitablarının doldurulmasına, gündəliyin düzgün yazılmasına, kitabxanada bədii tərtibat işinin təşkilinə, daimi sərgilərin hazırlanmasına metodiki köməklik göstərir. Şöbə müntəzəm olaraq metodiki tövsiyyələrin hazırlanmasına, verilmiş məsləhətlərin uçotunun aparılmasına, hər ayda keçirilən seminar müşavirələrində kitabxanaların fəaliyyətinin təhlil edilməsinə, həmçinin MKS-nin kataloq və kartoteka sisteminin düzgün təşkilinə köməklik edir. Kitabxanaya daxil olan bütün dövrü nəşrlərin mühüm əhəmiyyət kəsb edən məqalələrin kartotekasını yaratmaqdır.


Şöbə müdiri: F.Əlimərdanov
Baş biblioqraf: Ş.Ahəngi
Böyük metodist: F.Əliyev
Böyük metodist: T.Talıbova
Böyük metodist: M.Ələkbərova



5. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi 

Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011 – ci il tarixli, 162 nömrəli (“Azərbaycan Respublikası şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri” təsdiq edilsin kitabxana müəssisələrində yaradılacaq yeni şöbə və ştatlar kitabxana informasiya sahəsində aparılan islahatlar və struktur təkmilləşdirilməsi nəticəsində sərbəstləşən ştat vahidləri hesabına həyata keçirilsin) Qərarına əsasən 05 yanvar 2012 – ci il tarixdə mərkəzi kitabxanada yaradılmış bu şöbə Kitabxananın Elektron kataloqunun idarə olunması, elektron resusların, bazalarının yaradılması, Elektron kataloqun “Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, “Kitab verilişi” modullarının işini təşkil etmək, habelə “Administrator” modulu vasitəsi ilə sistemin fəaliyyətinə nəzarət və koordinasiya etmək funksiyasını həyata keçirir. MKS-də kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işini təşkil edir. Şöbə müdiri mütəmadi olaraq kitabxana rəhbərliyini kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesi haqqında məlumatlandırır və təkliflər verir. Kitabxana – biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi üzrə Elektron kataloq və Elektron kitabxananın yaradılması işini həyata keçirir, Elekton kataloqun “Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, “Kitab verilişi” modullarının işini koordinasiya edir. Elektron kataloqun “Administrator” modulu vasitəsi ilə Avtomatlaşdırılmış Kitabxana–İnformasiya Sisteminin fəaliyyətinə nəzarət edir. Kitabxanada istifadə olunan Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin (Elektron kataloq və Elektron Kitabxana) yeniləşməsi, əlavə və dəyişikliklərlə təmin edilməsinə dair şöbə rəhbərliyini mütəmadi olaraq məlumatlandırır və təkliflər verir. 

Şöbə müdiri: G.Abasova
İnformasiya texnologiyaları üzrə mütəxəssis: Y.Məmmədxanova
İnformasiya texnologiyaları üzrə mütəxəssis: N.Fərmanova
Sistem inzibatçısı: G.Səmədova



6. İnformasiya-resurs şöbəsi 

Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011 – ci il tarixli, 162 nömrəli (“Azərbaycan Respublikası şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri” təsdiq edilsin kitabxana müəssisələrində yaradılacaq yeni şöbə və ştatlar kitabxana informasiya sahəsində aparılan islahatlar və struktur təkmilləşdirilməsi nəticəsində sərbəstləşən ştat vahidləri hesabına həyata keçirilsin) Qərarına əsasən 05 yanvar 2012 – ci il tarixdə mərkəzi ktabxanasında yaradılmış bu şöbə kitabxananın Veb-saytının idarə olunması (veb-saytın operativ yeniləşməsi, əlavə və dəyişiklərin edilməsi, domen və hostinqin fəliyyətinə nəzarət), şəbəkənin antivirus proqramının, habelə lokal və İnternet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Habelə dövrü mətbuatın təsvirini “Kataloqlaşdırma” modulu vasitəsi ilə həyata keçirir. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin həyata keçirdiyi “Kataloqlaşdırma” modulunun bazasından isifadə edərək elektron resusların bazalarının yaradılmasını həyata keçirir. Kitabxananın texnoloji avadanlığının (kompyuter, skaner, printer, surətçıxarma aparatı, modem və s.) işlək vəziyyətini təmin edir, lokal və İnternet şəbəkələrinin, habelə şəbəkənin antivirus proqramının işləməsini təşkil edir. Kitabxananın Veb-saytının domen və hostinqinə nəzarət edir, bu barədə şöbə rəhbərliyini mütəmadi olaraq məlumatlandırır və təkliflər verir. Kitabxanada Elektron kitabxananın yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini həyata keçirir. Veb-saytın operativ yenilənməsi, veb-sayta əlavə və dəyişiklər edilməsi, kitabxananın cari yazılarının yığilması işini həyata keçirir. Kitabxanada Elektron kitabxananın yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini həyata keçirir. 

Şöbə müdiri: V.Əliyev
Proqramçı: R.Zeynalova
Operator: S.Abasova