Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
21 Noyabr , 2017
21.11.2017-ci il tarixdə B.Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev Quba rayonunda fəliyyət göstərən mədəniyyət işçilərini qəbul etmişdir. Qəbulda H.Əliyev Mərkəzinin, B.Səfəroğlu adına Mədəniyyət Mərkəzinin, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Quba rayon Tarix – Diyarşünaslıq Muzeyinin, Quba Uşaq – İncəsənət Məktəbinin, Quba Uşaq Musiqi məktəbinin rəhbərləri və həmin müəssisələrdən olan 10 nəfər mədəniyyət işçisi iştirak etmişdir.  Müraciətlərdə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən folklor kollektivi üçün milli geyimlərin alınması, musiqi və incəsənət məktəbləri üçün yeni musiqi ədəbiyyatı və musiqi alətlərinin alınması, kənd kitabxanalarının müvafiq inventarlarla təmin edilməsi kimi məsələlər qaldırılmışdır.  Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi qaldırılan məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi üçün yerindəcə müvafiq göstərişlər vermişdir. Qəbulda iştirak edən kitabxana işçiləri Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemin binasında aparılan əsaslı təmir işləri ilə əlaqədar Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə, həmçinin regional idarənin rəisi Nazim Ağayevə təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Qəbul başa çatdıqdan sonra Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev Quba rayonunda fəaliyyət göstərən mədəniyyət müəsisələrinin rəhbərləri ilə müşavirə keçirmişdir. Müşavirədə mədəni xidmətinin keyfiyyətinin artırılması, yeni folklor kollektivlərinin yaradılması istiqamətində müzakirələr aparılmışdır.