Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
9 Fevral , 2018
09.02. 2018-ci il tarixdə Quba rayon İcra Hakimiyyətinin iclas zalında 2017-ci ildə Quba rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirildi. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və tədbirdə iştirak edən qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, İcra Hakimiyyətinin qarşısında təşkil olunan müxtəlif sərgilər və guşələrlə tanış oldular. Sərgidə rayon MKS tərəfindən “Müstəqilliyimiz əbədidir”, “Qubalı şair və yazıçılar”, “İslam Həmrəyliyi İli” və 2018 – ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili”dir başlıqları altında xeyli sayda ədəbiyyat nümayiş olundu. Kitab sərgisinin açıq havada və daha geniş məkanda təşkil edilməsi kitabsevərlərin marağını daha da artırdı. Sərgidə yüzdən artıq ziyarətçi iştirak etdi ki, onların da əksəriyyəti ziyalılar və gənclər idi. Kitab sərgisinin əhəmiyyəti təkcə kitab nümayişi ilə məhdudlaşmırdı. Burada kitabxananın 2017 – ci ildə qazandığı nailiyyətləri əks etdirən diplom və fəxri fərmanlar da ziyarətçilərə təqdim olunmuşdur. MKS – nin direktor müavini Hüriyyə Sultanova sərgi ilə taniş olan Quba rayon İcra Hakimiyyəti başçısı və tədbirə qonaq qismində qatılan ziyalılara MKS-nin 2017 – ci ildə fəaliyyəti, əldə etdiyi uğurlar barədə qısa məruzə etdi. Sərginin təşkili ilə kitabxana ilə maraqlananların sayının artması müşahidə olundu.
Foto Qalereya