Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
7 Mart , 2018
07.03.2018-ci il tarixdə "Şahdağ Quba" otelində Rayon İcra Hakimiyyətinin təşkilatçılığıilə 8 Mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə qadınları təbrikedən rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev xalqımızın təfəkküründə “Ana” məhfumunun dogma yurdun, ana torpağın təcəssümü olduğunu qeyd etdi. Tədbirdə çıxış edənlər vurğuladılar ki, Azərbaycan xalqı üçün Ana da, Vətəndə hərşeydən əzizdir. Azərbaycan qadınının tarix boyu cəmiyyətdə və ailədə öz saflığı, zəkası ilə xüsusi yer tutduğu, tarix və mədəniyyətimizin neçə - neçə parlaq səhifəsinin məhz onun adı ilə bağlı olduğu vurğulandı. Tədbirdə Qubalı qadınların fəaliyyətindən və onların əldə etdiyi nailiyyətlərdən də söz açıldı, onların xidmətlərinin həmişə yüksək qiymətləndirildiyi bildirildi. Uğurları ilə seçilən qadınların bir qrupuna “Fəxri Fərman”lar verildi. Dekabrın 15-də Sabirabad rayonu Heydər Əliyev Mərkəzində “İlin ən yaxşı kitabxanası” müsabiqəsində “İlin ən yaxşı kitabxana filialı” nominasiyası üzrə qalib olan MKS – nin Amsar kənd kitabxana filialının müdiri Səmirə Sultanovaya da rayon İcra Hakimiyyəti başçısı tərəfindən “Fəxri Fərman” təqdim olundu. Tədbir konsert proqramı ilə davam etdi.
Foto Qalereya