Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
19 İyun , 2019

19.06.2019-cu il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mədəniyyət Nazirliyi ilə birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə Quba rayon MKS-nin mərkəzi kitabxanasının Oxu zalında  “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Xaçmaz RMİ-nin Quba rayon nümayəndəsi Fuad Orucov, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Saməddin Nəsirov, Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlı, QMİ-nin Quba, Qusar, Xaçmaz rayonları üzrə qazılığının nümayəndəsi Anar Eyyubov, mədəniyyət işçiləri və  din xadimləri iştirak edib.

Öncə Azərbaycan multikulturalizmini əks etdirən qısa metrajlı film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Quba RİH başçısı Aparatının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov Quba rayonunda multikulturalizm ənənələrinin təbliği və tanıdılması çərçivəsində keçirilən tədbirlərdən söz açıb və bildirib ki, bu formatda keçirilən bir sıra tədbirlər beynəlxalq əhəmiyyətli olub.

Çıxış edən DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev multikulturalizm və birgəyaşayış ənənəsinin Azərbaycan modelinin bütün dünyaya nümunə olduğunu bildirib. E. Nurullayev qeyd edib ki, multikultural dəyərlər və bigəyaşayış mədəniyyəti dünyada sülhün təminatçısıdır.

Xaçmaz RMİ-nin Quba rayon nümayəndəsi Fuad Orucov dünya dövlətləri ilə Azərbaycanı müqayisə edərək bildirib ki, Azərbaycanda mövcud olan multikultural dəyərlərin tarixi minilliklərə söykəndiyi halda dünyanın aparıcı dövlətlərində bu ənənəni qorumağa cəhd etsələr də əsasən iflasa uğrayıb.

Tədbirdə çıxış edən digər natiqlər, Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov,  Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlı, QMİ-nin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazılığının nümayəndəsi Anar Eyyubov tədbirin əhəmiyyətindən bəhs edərək, birgəyaşayış mədəniyyətinin inkişaf və qarşılıqlı anlaşmaya yol açdığını qeyd ediblər.

Foto Qalereya