Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
30 İyun , 2019

30.06.2019-cu il tarixdə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında rayon MKS-nin və “Gülüstan” elmi-ədəbi məclisinin birgə təşkilatçılığı ilə Azərbaycanın istedadlı alimi, filosof və şairi Abbasqulu ağa Bakıxanovun anadan olmasının 225 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə “Yurd sevgisi” qəzetinin baş redaktoru Nurəddin Faxralı, “Dərbənd” qəzetinin şöbə müdiri, Gülüstan ədəbiyyatçılar ittifaqının sədri Tahir Saleh, Şabran ədəbi məclisinin sədri Qafar Süleyman, Xaçmaz şəhərindən “Ulduzlar” ədəbi məclisinin üzvləri, “Gülüstan” elmi ədəbi məclisinin üzvləri, kitabxana işçiləri, mərkəzi kitabxananın fəal oxucuları və başqaları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan “Gülüstan” elmi-ədəbi məclisinin sədri, AYB və AJB-nin üzvü, şair Şıxəmməd Seyidməmmədov qonaqları və ümumilikdə tədbir iştirakçılarını salamlayaraq bu günki tədbirin məhz Azərbaycanın tanınmış alimi A.A.Bakıxanovun 225 illik yubileyinə həsr olunduğunu bildirdi. Daha sonra rayon MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək dahi mütəffəkkirin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verərək, A.A.Bakıxanovun bir müddət Quba rayonunun Amsar kəndində yaşadığını bildirdi. Tədbirdə çıxış edən şair və yazıçılardan Tahir Saleh, Cabir Albantürk, Kərim Dünyamalı, Mövlud Ağəmməd, Böyükağa ağa, Pirəli Rüklü, Rizvan Qiblədağlı, Asvar Tufandağlı, Mehrəli Quliyev və başqaları görkəmli şair, filosof alim A.A.Bakıxanov haqqında tədbir iştirakçılarına məlumat verərək, şeirlər söylədilər. Tədbir çərçivəsində Xaçmaz şəhərindən “Ulduzlar” ədəbi məclisinin üzvü, şair Mehrəli Quliyevin “Bir əsgərin gündəliyindən”  adlı kitabının da təqdimatı təşkil edildi. Eyni zamanda tədbirdə iştirak edən Şabran ədəbi məclisinin sədri Qafar Süleymanın ad günü də təbrik edildi. Daha sonra tədbir iştirakçıları A.A.Bakıxanov adına Quba Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya etdilər. Muzeydə iştirakçılara Qubanın tarixi, A.A.Bakıxanovun həyat və yaradıcılığı, həmçinin muzeydə mühafizə olunan ekspanatlar haqqında ətraflı məlumat verildi. Sonda muzeyin qarşısında xatirə şəkili çəkdirildi.