Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
5 İyul , 2019

05.07.2019-cu il tarixdə Quba rayon MKS-nin Paşaoba kənd kitabxanası və Vəlvələ kənd kitabxanasının birgə təşkilatçılığı ilə kitabxananın qarşısında, açıq havada “Oxu Bayramı” keçirildi. Tədbirin təşkil edilməsində məqsəd əhalinin kitabxanalara cəlbi və kitaba marağının artırılmasından ibarətdir. Tədbirin açılışında gənclər, qonşu kəndlərin sakinləri, kəndin ərazisində istirahətdə olan qonaqlar, həmçinin kitabxananın daimi oxucuları və başqaları iştirak edirdi. Tədbiri giriş sözü ilə açan MKS – nin Paşaoba kənd kitabxanasının filial müdiri Sevinc Qurbanova “Oxu bayramı” haqqında məlumat verərək bildirdi ki, kitab bizim keçmişimiz və gələcəyimiz arasında bir körpü rolunu oynayır. İnsanlar müasir texnologiyanın ən son nailiyyətlərindən qədərincə bəhrələnirlər və cəmiyyət sürətlə inkişaf edir. Lakin kitabı hələ də heç nə əvəz etməyib. Sonra MKS-nin direktor müavini Hüriyyə Sultanova çıxış edərək tədbirin təşkilatçılarının bu təşəbbüsünü yüksək qiymətləndirdi və bu cür tədbirlərin keçirilməsinin uşaqların, gənclərin biliklərini artırmasındakı əhəmiyyətini qeyd edərək, hər kəsi kitab oxumağa səslədi. Daha sonra çıxış edən MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Məmmədova, uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova, Vəlvələ kənd kitabxanasının filial müdiri Ulduz Əliyeva çıxış edərək qeyd etdilər ki, mütaliə insanın estetik tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Kitabı bütünlüklə oxumaq, əsəri dərk etmək mütaliə mədəniyyətinin vacib ünsürüdür.Tədbir boyunca kitabsevərlər sərgilərə baxış keçirdilər. Tədbirdə, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəlləri, Vətənpərvərliyi əks etdirən şeirlər səsləndirildi. Tədbir çərçivəsində kitabxananın fəal oxucularının ifasında maraqlı rəqslər nümayiş olundu.

Foto Qalereya