Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
12 Sentyabr , 2019
12.09.2019-cu il tarixdə rayon MKS-nin mərkəzi kitabxanası tərəfindən  Quba Tarix- Diyarşünaslıq Muzeyində Ümummilli lider  Heydər Əliyevin şərəfli əmək və fəaliyyəti barədə vətənpərvərlik və mədəni dəyərlər mövzusunda olan nəşrlərin təbliği məqsədi ilə sərgi təşkil olundu. Tədbirdə muzey əməkdaşları, kitabxana işçiləri və muzeyə ekskursiyaya gəlmiş qonaqlar iştirak edirdi. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı məruzə ilə çıxış edərək bildirdi ki, Heydər Əliyevin şəxsi həyatı, siyasi fəaliyyəti böyük bir tarix və siyasət məktəbidir. Azərbaycanın bugünki və gələcək nəsilləri hələ uzun illər bundan sonra da bu məktəbdə əsil vətənpərvərlik, millətinə, xalqına layiqli övlad olmaq və təmənnasız xidmətlər göstərmək dərsi alacaqdır. Hər birimiz bütün həyatını xalqına, vətəninə qeyrətlə xidmət örnəyi olan bu böyük şəxsiyyətin adına, əməllərinə, ideyalarına layiq olmalı, onun bizlərə əmanət etmiş olduğu müstəqil, firavan Azərbaycan dövlətinin tərəqqisi və çiçəklənməsi üçün çalışmalıyıq. Tədbirin sonunda iştirakçılar muzeydə təşkil olunmuş sərgiyə baxış keçirdilər, təşkil olunmuş sərgi  maraqla qarşılandı.
Foto Qalereya