Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
20 Yanvar Faciəsi
16 Yanvar , 2020
16.01.2020-ci il tarixdə rayon MKS-nin mərkəzi kitabxanasının uşaq  şöbəsinin oxu zalında     20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar “20 Yanvar uşaqların gözü ilə” mövzusunda rəsm  və kitab  sərgisi keçirildi. İlk öncə şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə kitabxananın işçiləri,valideynlər və fəal oxucular iştirak edirdi.  Tədbiri giriş  sözü ilə  uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova açaraq tədbir iştirakçılarını salamladı və bildirdi ki, 20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi  əbədi olaraq həkk olunmuş bir tarixdir. 20 Yanvar  faciəsi bizə müqəddəs bir and yeri bəxş etdi. Bu müqəddəs yer bugünki azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verənlərin ziyarətgah yerinə çevrildi. Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç zaman unutmayacaq, əbədi xatirə kimi həmişə yad edəcəkdir. Tədbirdə fəal oxucular 20 Yanvar faciəsinə dair şeirlər söylədilər. Tədbirin sonunda  kitabxanada yaradılmış rəsm dərnəyinin üzvləri tərəfindən  20 Yanvar faciəsinə  həsr olunmuş rəsmlərə və kitab sərgisinə  baxış keçirildi. Sərgi  ayın sonuna kimi  oxucuların  ixtiyarında olacaq.
Foto Qalereya